Haqqımızda

Vitamed Tibb Mərkəzi

Vitamed Tibb Mərkəzi Azərbaycanın sürətlə inkişaf etməkdə olan özəl səhiyyə sektorunda özünəməxsus keyfiyyətli xidməti, gülərüz, operativ, savadlı həkim və laborant kollektivi ilə seçilən müəssisədir. Mərkəzimiz ən müasir Avropa istehsalı olan avadanlıqlarla təchiz edilmişdir, həkimlərimiz öz sahələri üzrə tanınmış mütəxəssislərdir. Laboratoriyamızın isə, əsas prinsipi, çox yüksək dəqiqlik və operativlikdir. Bizdə verilən analizlərin cavablarının dəqiqliyi heç kimdə şübhə doğura bilməz.


Əsas məqsədimiz, bizə müraciət edən insanların tez bir zamanda, düzgün diaqnoz qoyulmaqla və beynəlxalq standartlara əsaslanan müalicə metodları ilə sağlamlığını bərpa etməkdir və biz pasientlərimizi maksimum əlavə və lazımsız analiz və konsultasiyalardan uzaq tutmağa çalışırıq. Bizim üçün mənəvi dəyərlər, maddi dəyərlərdən hər zaman üstündür, buna sübut kimi mərkəzimizin göstərdiyi xidmətlərin qiymətlərinə nəzər yetirməyiniz kifayətdir. Vitamed Tibb Mərkəzində vaxtaşırı olaraq, eləcə də bayramlar zamanı xüsusi endirimli aksiyalar keçirilir. Mərkəzimizdə hər yaş qrupundan olan pasientlərimiz üçün xüsusi CHEK-UP müayinə paketləri də mövcuddur. Özünüzün və ailənizin sağlamlığını hər zaman şübhəsiz bizə etibar edə bilərsiniz.


Sizi maraqlandıran hər hansı bir sual varsa, info@vitamed.az elektron ünavanına göndərə bilərsiniz.